Çində şagirdlərə bıçaqlı hücum - 7 ölü, 12 yaralı

cinde-sagirdlere-bicaqli-hucum
Oxunma sayı: 1126

Çinin Şensi əyalətinin Mici şəhərində orta məktəbə hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs bıçaqla şagirdlərə hücum edib.

Hadisə nəticəsində 7 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Əraziyə cəlb edilən polislər cinayətkarı qısa zamanda yaxalayıb. İnsidentin səbəbi araşdırılır.