Çinin şimal-qərbində yerləşən Yuylin şəhərində (Şensi əyaləti) şaxtanı su basması nəticəsində 5 nəfər itkin düşüb.
Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.
Məlumata görə, qəza cümə axşamı günü yerli vaxtla saat 15:25-də (Bakı vaxtı ilə saat 11:25-də-red.) dağ-mədən şirkətinin şaxtasında baş verib.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Son xəbərlər
Son Xəbərlər