Çində sement daşıyan maşın qəza törətdi, 9 ölü var

cinde-sement-dasiyan-masin-qeza-toretdi-9-olu-var
Oxunma sayı: 1607

Çində sement daşıyan maşın iki avtomobili əzib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yol qəzası Quandin əyalətində baş verib. Yük dolu maşının minik avtomobillərini əzməsi 9 nəfərin ölümünə səbəb olub. Bildirilir ki, 2 nəfər xəsarət alıb. Hadisənin səbəbləri araşdırılır.

Aysel Kərimova