Çində son 61 ildə ilk dəfə əhalinin sayı azaldı

cinde-son-61-ilde-ilk-defe-ehalinin-sayi-azaldi
Oxunma sayı: 2280

Çində 1961-ci ildən bu yana ilk dəfə əhalinin sayında azalma qeydə alınıb.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, 2022-ci ildə Çində əhalinin sayı 850 min nəfər azalıb.

Bununla da, ölkə əhalisinin sayı 1 milyard 411 milyon 750 min nəfər təşkil edib.

Bildirilir ki, sonuncu dəfə bu göstərici 1961-ci ildə Çində kütləvi aclıq müşahidə edildikdə enib.

Məlumata görə, 2022-ci il ərzində Çində 9,56 milyon insan doğulub, 10,41 milyon insan isə dünyasını dəyişib.

Qeyd edək ki, rəsmi hesablamalara görə Çində 1959-cu ildən 1961-ci ilə kimi kütləvi aclıqdan 15 milyon insan həlak olub. Qeyri-rəsmi mənbələr isə qurbanların 36 milyona yaxın olduğunu iddia edirlər.