Çində son sutkada 100-dən çox yoluxma

cinde-son-sutkada-100-den-cox-yoluxma
Oxunma sayı: 1258

Çində son sutka ərzində daha 115 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 87 706-ya çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 82 288 xəstə sağalıb.

Ölkədə 784 aktiv koronavirus xəstəsi var ki, onlardan da 21-nin vəziyyəti ağır qiymətləndirilir.