Çində son sutka ərzində 46 koronavirusa yoluxma halı qeydə alınıb, 76 pasiyent sağalıb, ölən yoxdur. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, virusa yoluxanlardan 34-ü xaricdən gələn şəxslər, qalan 12-si isə yerli sakinlərdir (4-ü Heyluntszyan əyalətində, 5-i Quandun əyalətində və 3-ü Pekində).
Çində COVID-19-un yayılmağa başladığı dövrdən bu yana ümumilikdə 83 747 insan virusa yoluxub, 3 352 pasiyent həyatını itirib.
Son xəbərlər
Son Xəbərlər