Çinin Sintszyan əyalətində 3 il ərzində 20-dən çox məscid dağıdılıb.
“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur avtomonm regionunda məscidlərin dağıdılması jurnalistlərin peyk vasitəsilə çəkilmiş 90 şəkil əsasıda apardıqları araşdırma zamanı məlum olub. Məlumata görə, 2016-cı ildən 33 bina tamamilə, bəzilərinin isə bir hissəsi dağıdılıb. Dağıdılan tikililər arasında günbəzlər və minarələr də var. Onlardan ən böyüyü İmam Asim məbədidir.
Çinin Xarici İşlər Nazirliyində isə müsəlman azlıqların hüquqlarının pozulmadığı və onlarda məscidlərin dağıdılması ilə bağlı hər hansı məlumatın olmadığı bildirilib.
Son xəbərlər
Son Xəbərlər