Çinin Yunnan əyalətində güclü torpaq sürüşməsi baş verib.
“Qafqazinfo” Çinin Mərkəzi televiziyasına istinadən xəbər verir ki, sürüşmə bir neçə kəndi əhatə edib.
Hadisə nəticəsində 47 nəfər torpaq altında qalıb. Axtarış-xilasetmə işləri 300 canlı qüvvə və 50 texnika cəlb edilib. Təbii fəlakət zonasından 500-dən çox insan təxliyə edilib.
Son xəbərlər
Son Xəbərlər