Çində tornado - 51 ölü, 10 yaralı

cinde-tornado
Oxunma sayı: 873

Şərqi Çinin Jianqsu əyalətində tornado və dolu yağması nəticəsində 51 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu məlumatı hökumət orqanları təsdiqləyib.

Fırtına nəticəsində bir neçə evə ziyan dəyib, elektrik xəttləri sıradan çıxıb.

Xatırladaq ki, ötən həftə Çində baş vermiş güclü leysan səbəbindən 13 nəfər ölüb.