Çinin cənub-qərbində 3 nəfər H5N6 quş qripi virusuna yoluxub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlardan biri dünyasını dəyişib. Dünyasını dəyişən şəxs Syuanxan şəhərinin 51 yaşlı qadın sakinidir. O, ev quşu ilə təmasdan sonra virusa yoluxub və xəstəxanada dünyasını dəyişib. İkinci yoluxma faktı Katszyan şəhərində 57 yaşlı kişidə qeydə alınıb. Hazırda onun vəziyyəti ağırdır.
Üçüncü yoluxma halı isə Çuntsində 66 yaşlı şəxsdə aşkarlanıb. Onun da vəziyyətinin ağır olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər