Çində zavodda partlayış - Video

cinde-zavodda-partlayis
Oxunma sayı: 994

Çinin mərkəzi hissəsində yerləşən Henan əyalətindəki zavodda partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Global Times” qəzeti tvitterdə bildirib.

Onun məlumatına görə, hadisə yerinə əyalətin Fövqəladə Hallar İdarəsinin əməkdaşları gəlib. “Global Times” partlayışın məhz hansı zavodda baş verdiyini yazmayıb.

Ölən və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.