Çində zəlzələdə xəsarət alanların sayı 100-ə çatdı - Yenilənib

cinde-zelzelede-xesaret-alanlarin-sayi-100-e-catdi
Oxunma sayı: 1890

Çində 6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin mərkəzi Lucou şəhərində yerləşib və dərinliyi 10 kilometr təşkil edib.

İlkin məlumata görə, nəticədə iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

***

Zəlzələ nəticəsində bir neçə inzibati və sosial bina ilə yanaşı, 200-ə yaxın fərdi evə ciddi zərər dəyib. Dağıntı nəticəsində dörd nəfər ölüb, 60 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Mülki müdafiə qüvvələri təbii fəlakət zonasından 6904 nəfəri təxliyyə edib. Lucou şəhərində ən yüksək səviyyədə fövqəladə vəziyyət elan edilib.

***

Çində zəlzələ nəticəsində ölənlərin sayı 3-ə, xəsarət alanların sayı 100-ə çatıb. 1400-dən çox bina uçub, 6400 binaya isə ziyan dəyib. 70 mindən çox insan təbii fəlakət bölgəsindən təxliyyə olunub.