Pekindəki ABŞ səfirliyi binasının qarşısında partlayış olub.
“Qafqazinfo”nun “The Associated Press”ə istinadən xəbərinə görə, əraziyə yaxın yerdə olan insanlar sosial şəbəkələrdə hadisə ilə bağlı foto və videolar paylaşıblar.
Görüntülərdə səfirlik binasının duman içində olduğu, əraziyə çoxlu polis maşınlarının gəldiyi görünür. Hüquq-mühafizə orqanları hələ ki, partlayış barədə açıqlama verməyib. İnsident araşdırılır.
***
“Global Times” qəzeti yazır ki, kimliyi bilinməyən qadın səfirlik binası qarşısında üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib.
Aysel Kərimova



Son xəbərlər
Son Xəbərlər