Çindəki matəmdən - Fotolar

cindeki-matemden
Oxunma sayı: 5016

Ötən şənbə Çində koronavirus pandemiyasının qurbanlarının, eləcə də yeni xəstəliklə mübarizə aparan həkimlərin xatirəsi anılıb.

“Qafqazinfo”nun “Reuters”ə istinadən məlumatına görə, həmin gün Pekinin əsas meydanı sayılan Tyananmen və bütün hökumət binalarında, eləcə də Çinin xaricdəki bütün səfirlik və konsulluq binalarında dövlət bayraqları endirilib. Bütün ölkə ölənləri üç dəqiqəlik sükutla anıb. Həmçinin 180 saniyə ərzində avtomobillər, qatarlar və gəmilərdən səs siqnalları verilib.

Qeyd edək ki, indiyədək Çində 80 mindən çox yoluxma, 3 mindən çox ölüm halı qeydə alınıb.