Çindəki zəlzələdə 48 ev uçub - Yenilənib

cindeki-zelzelede-48-ev-ucub
Oxunma sayı: 2113

Çinin Aksu bölgəsində baş verən güclü zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb. 

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, təbii fəlakət zamanı 47 ev uçub, daha 78 evə isə ziyan dəyib. 

Xatırladaq ki, dünən Aksuda 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Çinin Seysmoloji Mərkəzinin məlumatına görə, hadisədən sonra 3 – 5,3 bal gücündə onlarla afterşok baş verib.

***

Çində baş verən zəlzələdə 3 nəfər ölüb.

Bununla bağlı Çin Mərkəzi televiziyası məlumat yayıb. Bildirilib ki, ərazidən 12 mindən çox insan təxliyə edilib.