Çindən gətirilən çərəz məhv edildi - Foto

Çindən gətirilən çərəz məhv edildi
Oxunma sayı: 4500

“Valehlər” MMC tərəfindən Çin Xalq Respublikasından idxal olunan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusuna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib. 

“Qafqazinfo” xəbər verir ki, daxil olan müraciətə əsasən, Agentlik əməkdaşları məhsuldan nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim ediblər. Analizin nəticələrinə görə məhsulun tərkibində salmonella aşkarlanıb.

Təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan xalis çəkisi 1500 kq olan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusu Sumqayıt “Təhlükəli Tullantılar” poliqonunda məhv edilib.