Çində avtomobil sektorunda 20 ildir tətbiq edilən 5xarici sərmayə limitini tamamilə ləğv ediləcək və investisiyalara məhdudiyyət qoyulmayacaq.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Planlaşdırma qurumu tərəfindən açıqlama verilib.
Məlumata görə, məhdudiyyət eleketrikli və hibrid avtomobillər üçün bu il, ticarət avtomobilləri üçün 2020-ci ildə və digər növ avtomobillər üçün isə 2022-ci ildə ləğv ediləcək.
Bu addımın yerli avtomobil istehsalçılarının beynəlxalq rəqiblərlə daha ciddi rəqabətə girməsi üçün atıldığı qeyd edilib.
Yeni güzəştdən ilk olaraq ABŞ-ın məşhur “Tesla” şirkətinin istifadə edəcəyi bildirilir.
Qeyd edək ki, 1994-cü ildən qüvvədə olan qərara əsasən xarici şirkət Çində avtomobil şirkətinin maksimum 50 faizinə sahib ola bilərdi.
Son xəbərlər
Son Xəbərlər