Çindən təmas xəttindəki gərginliyə münasibət

cinden-temas-xettindeki-gerginliye-munasibet
Oxunma sayı: 9170

“Çin Dağlıq Qarabağ münaqişə zonasında davam edən son gərginləşmə fonunda Azərbaycan və Ermənistanın təmkin nümayiş etdirəcəyinə və fikir ayrılıqlarını siyasi yolla həll edə biləcəklərinə ümid edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin açıqlama verib.

“Çin regional sülhün və sabitliyin təmin edilməsinin Azərbaycan və Ermənistan da daxil olmaqla bütün tərəflərin maraqlarına cavab verdiyini hesab edir. Ümid edirik ki, əlaqədar tərəflər sakitlik və təmkin nümayiş etdirəcək, vəziyyətin daha da gərginləşməsinin qarşısını alacaq və mövcud ziddiyyətləri və fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklər”,- deyə Venbin qeyd edib.