Çindən təxliyyə olunan azərbaycanlılar Türkiyədə - Video

cinden-texliyye-olunan-azerbaycanlilar-turkiyede
Oxunma sayı: 5450

Çinin Uhan şəhərindən təxliyyə edilən 42 nəfəri daşıyan Türkiyəyə məxsus hərbi təyyarə Ankaradakı Etimeskut hava limanına eniş edib.

"Qafqazinfo" xəbər verir ki, təxliyyə edilənlərin arasında 32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Albaniya vətəndaşı var.

Həmin şəxslər Dr.Zekai Tahir Burak xəstəxanasına aparılacaq.