Çin Ümumdünya Səhiyyə Təşkilatına 30 milyon dollar ianə köçürəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying açıqlama verib. O bildirib ki, bu ianə koronavirusa qarşı beynəlxalq miqyasda aparılan mübarizəni, xüsusilə inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərini gücləndirmək məqsədi daşıyır.
ABŞ-ın ÜST-nin maliyyələşdirilməsini dayandırmaq qərarından sonra Çinin 11 martda təşkilata 20 milyon dollar ianə etdiyini xatırladan Hua Çunying “Bu kritik dövrlərdə ÜST-ə dəstək olmaq qlobal həmrəyliyi dəstəkləməkdir”,- deyə sözlərinə əlavə edib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ÜST-ni koronavirusun yayılmasında günahlandıraraq təşkilata ayrılan maliyyəni dayandırdığını açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər