“Azər-Türk Bank” “Cinemazadeh”i məhkəməyə verdi

azer-turk-bank-cinemazadehi-mehkemeye-verdi
Oxunma sayı: 2192

"Azər-Türk Bank" Azərbaycanda tanınmış film istehsalçı şirkəti "Cinemazadeh"i məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tərəflər arasında sponsor yayımı müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməyib. Belə ki, “Cinemzadeh” şirkəti tərəfindən “Azər-Türk Bank”a Azərbaycan dilində qısametrajlı filmlərin istehsal ediləcəyi və bunun üçün bankdan sponsor olması təklif edilib. Bank rəhbərliyi Ana dilimizin təbliği məqsədilə layihəni təsdiq edib və tələb olunan pulu ayırıb. Lakin “Cinemzadeh” şirkəti tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün "Azər-Türk Bank" məhkəməyə müraciət edib.

Müqavilə öhdəliyinin 30 min manat olduğu bildirilir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Cinemzadeh” şirkəti  “Kəklikotu”, “Qış Nağılı”, “Fəlakət” və s. kimi tanınmış filmlərin istehsalçısıdır. 

Amin Nəzərli