CINeration-dan ikinci dəqiqə pulsuz

cineration-dan-ikinci-deqiqe-pulsuz
Oxunma sayı: 640

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, “Hər ikinci dəqiqə pulsuz” kampaniyası sayəsində CİNeration abunəçiləri ölkədaxili zənglərin hər ikinci dəqiqəsini pulsuz danışacaqlar. Bununla da 2 dəqiqə danışan abunəçi digər CINeration nömrəsinə zəng edərkən sadəcə 1 qəpik, digər Bakcell nömrəsinə zəng edərkən 4 qəpik və istənilən operator və ya şəhər nömrəsinə zəng edərkən 6 qəpik ödəyəcək.

Bakcell CINeration tarifi çərçivəsində abunəçilərə pulsuz zero.facebook xidmətini təklif edir. Bundan əlavə CİNeration abunəçilərinə 50% güzəştlə qiyməti 1 MB üçün 12.5 qəpik olan İnternet xidməti təklif edilir. SMS və MMS –lərin qiyməti isə sadəcə 2 qəpikdir.

Nigar Məmmədli