Dünən Rusiya mətbuatında müğənni Sergey Lazarevin “Eurovision”la bağlı açıqlaması müzakirələrə səbəb olub. Belə ki, sənətçi layihədə yeni qaydanın tətbiq edildiyini, bütün iştirakçılardan DNT analizlərinin götürüldüyünü bildirib. Buna səbəb iştirakçıların hansı millətə məxsus olduğunu müəyyənləşdirməkdir.
“Qafqazinfo” mövzu ilə bağlı İctimai Televiziya ilə əlaqə saxlayıb. Kanalın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev analiz verməyib:
“DNT məsələsi Avroviziya üçün yeni qayda deyil, sadəcə PR məqsədli bir şeydir. Hansı ki, heç bir iştirakçı buna məcbur edilmir. Təmsilçimiz bu analizdə iştirak etməyib”.
Son xəbərlər
Son Xəbərlər