Çingiz Əlləzov erməniyə qalib gəldi - Video

cingiz-ellezov-ermeniye-qalib-geldi
Oxunma sayı: 3560

14 qat dünya çempionu, Azərbaycan əsilli Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti qələbəsini qazanıb.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” dünya qran-prisinin qalibi Əlləzov Banqkokda keçirilən yarışda ermənistanlı Marat Qriqoryana qalib gəlib.

Əlləzov 5 raundluq mübarizənin sonunda hakimlər tərəfindən qalib elan olunub.