Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.
“Qafqazinfo” xəbər verir ki, toplantıda eyni zamanda İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.
Yenidən qurum rəhbəri seçilən Hüseynzadə 2024-cü ilin sonunadək atletikaya rəhbərlik edəcək. Firat Hüseynov Atletika federasiyasının vitse-prezidenti postunda qalıb. Məhərrəm Sultanzadə isə baş katib vəzifəsində çalışmağa davam edəcək.
Qeyd edək ki, Hüseynzadə 1996-cı ildən federasiyanın prezidentidir.
Son xəbərlər
Son Xəbərlər