Çingiz Hüseynzadədən xəbərdarlıq - “Elə edin, başımız ağrımasın”

cingiz-huseynzadeden-xeberdarliq
Oxunma sayı: 1524

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, o, Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi hazırlıqdan danışıb:

“Olimpiya Oyunlarına hazırlığı demək olar ki, başa vururuq. Bu Olimpiada digərlərindən fərqlənir. Xeyli problemlər və 1 il gecikmə var. Məşqçilərin, idmançıların yeni problemi var. Həmçinin dopinq haqqında danışmaq istəyirik. Bura bütün idmançıları və məşqçiləri toplaya bilmədik. Hər kəsdən xahiş edirəm ki, burda deyilənləri idmançılara çatdırsınlar və sonra Tokioda başımız ağrımasın”.