Çingiz ikinci məşqini də uğurla tamamladı - Fotolar

cingiz-ikinci-mesqini-de-ugurla-tamamladi
Oxunma sayı: 2509

Azərbaycanın "Eurovision 2019" təmsilçisi Çingiz Mustafayev ikinci məşqini də uğurla tamamlayıb.

“Qafqazinfo” xəbər verir ki, "Expo Təl-Əviv" səhnəsində reallaşan uğurlu məşq çıxışı təmsilçimizlə birgə nümayəndə heyətimizin də böyük ruh yüksəlişinə səbəb olub.

Çingiz Mustafayev "Eurovision 2019"da İsrailin Təl-Əviv şəhərində ikinci yarımfinalda "Truth" mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.