Çingiz Mustafayev İsrailə getdi - Fotolar

cingiz-mustafayev-israile-getdi
Oxunma sayı: 2306

Azərbaycanı “Avroviziya- 2019” mahnı müsabiqəsində təmsil edəcək müğənni Çingiz Mustafayev İsrailə gedib. “Qafqazinfo” xəbər verir ki, sənətçinin Təl-Əvivdə olmasına səbəb postkart çəkilişləri ilə bağlıdır. 

İfaçı instaqramda fotolar paylaşaraq hamını ivrit dilində salamlayıb: “Shalom! Axır ki, ilk dəfə Tel-Əvivdəyəm. Xəyal etməyə cəsarət edin! İctimati TV üçün mənim Avroviziya əhvalatım və epizodum burada çəkiləcək”.