Çingiz Qənizadənin dairəsindən daha bir namizəd geri çəkildi

cingiz-qenizadenin-dairesinden-daha-bir-namized-geri-cekildi
Oxunma sayı: 1448

80 saylı İmişli-Beyləqan seçki dairəsindən daha bir nəfər deputatlığa namizədliyini geri götürüb.

“Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, bu, xüsusi xidmət orqanlarından ehtiyata buraxılmış polkovnik Vüqar Alkərimovdur.

Vüqar Alkərimovun namizədliyini geri götürməsi faktını sayta açıqlamasında 80 saylı İmişli-Beyləqan dairə seçki komissiyasının üzvü İsmayıl Məmmədov da təsdiqləyib. O qeyd edib ki, V.Alkərimov namizədliyini yanvarın 29-da geri götürüb.