Çingiz Qurbanovun xatirə baralyefinin açılışı olub

cingiz-qurbanovun-xatire-baralyefinin-acilisi-olub
Oxunma sayı: 699

Qusar şəhərində Milli Qəhrəman Çingiz Qurbanovun adı verilmiş küçədə onun xatirə lövhəsi və baralyefinin açılış mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, açılışdan çəkilən fotoları deputat Azər Badamov feysbuk hesabında paylaşıb. 

Xatırladaq ki, Çingiz Qurbanov dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub. Ermənilər uzun müddət şəhidimizin nəşini qaytarmayıblar. Ölkə başçısının səyləri nəticəsində onun nəşi geri qaytarılıb və prezident İlham Əliyevin sərəncamı ilə Çingiz Qurbanova Milli Qəhrəman adı verilib.