Çinin bu şəhərindən Moskvaya uçuşlar ləğv edildi

cinin-bu-seherinden-moskvaya-ucuslar-legv-edildi
Oxunma sayı: 1161

Ölümcül koronavirus infeksiyasının mərkəzi olan Uxandan Moskvaya birbaşa bütün reyslər müvəqqəti olaraq ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks”a məlumatlı mənbə məlumat verib.

Onun sözlərinə görə, Çin aviadaşıyıcıları yerli “Tanhe” hava limanının bağlandığını və Rusiya paytaxtına uçuşların dayandırıldığını bildirib. Eyni zamanda, Rusiya ilə Çin arasında hava nəqliyyatında məhdudiyyətlər tətbiq edilməyib.

Son məlumatlara görə, koronavirusdan 26 nəfər ölüb, 876 nəfər yoluxub.