Çinin məşhur klubu iflas oldu

cinin-meshur-klubu-iflas-oldu
Oxunma sayı: 1266

Çinin “Tyantszin Tyanhay” klubu ölkə çempionatına qatılmayacaq.

“Qafqazinfo” xəbər verir ki, iflas olduğunu açıqlayan klub Super Liqada iştirakdan geri çəkilib. Bu komandanın əvəzinə yüksək dəstədə “Şençjen” mübarizə aparacaq.

Qeyd edək ki, 2006-cı ildə qurulan klubun öncəki adı “Tyantszin Qyoantszyan” idi. Komandada son illər Aksel Vitsel, Aleşandre Pato, Luis Fabiano, Antoni Modeste kimi futbolçular oynayıb. Bir müddət komandanın baş məşqçisi postu Fabio Kannavaroya tapşırılmışdı.