“Müttəfiqlər Çinin Rusiyaya silah yardımı etməsinin tarixi səhv olacağı ilə bağlı razılığa gəliblər”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq iki günlük Xarici İşlər Nazirləri Toplantısının sonunda keçirilən mətbuat konfransı zamanı deyib.
Stoltenberq görüşdə Ukraynaya qısa və uzunmüddətli hərbi dəstəyin ətraflı müzakirə edildiyini bildirib. O, çıxışı zamanı, “ölkənin gələcəyi NATO-dadır”, - deyib.
Ukraynanın nə vaxt üzv olacağı sualına isə Stoltenberq, “Bu, ölkənin müstəqil və demokratik olmasından asılıdır, lakin indi Rusiyanın hücumu altında olduğu üçün bu kriteriyalara əməl olunmur”, - Baş katib əlavə edib.
Son xəbərlər
Son Xəbərlər