Çinin sabiq rəhbəri vəfat etdi

cinin-sabiq-rehberi-vefat-etdi
Oxunma sayı: 1887

Çin Xalq Respublikasının sabiq rəhbəri Tsyan Tsemin 96 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, Tsemin leykemiyadan və orqan çatışmazlığından əziyyət çəkib.

Qeyd edək ki, Tsyan Tsemin 1993-cü ildən 2003-cü ilə qədər Çin Xalq Respublikasına rəhbərlik edib. Məhz onun dövründə Çin iqtisadiyyatı dünyada öz gücünə görə 7-ci pillədə qərarlaşıb.