Çinin türklər yaşayan bölgəsində zəlzələ, 180 bina uçdu - Ölənlər var

cinin-turkler-yasayan-bolgesinde-zelzele-180-bina-ucdu
Oxunma sayı: 734

Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda bu gün səhər 5,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 8-ə çatıb,  23 nəfər isə yaralanıb. Azı 180 bina dağılıb, ümumilikdə 12 min yerli sakin təbii fəlakətdən zərər çəkib. Zərər çəkən rayonlardan 9,2 min insan evakuasiya edilib.