Çinin xarici işləri naziri Türkiyəyə gəlir

cinin-xarici-isleri-naziri-turkiyeye-gelir
Oxunma sayı: 2006

Çinin yeni xarici işlər naziri Van İ Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tviter hesabında məlumat yayıb.

Bildirilib ki, Türkiyə və Çinin xarici işlər nazirləri Hakan Fidan və Van İ arasında keçiriləcək görüşdə ikitərəfli münasibətlərin bütün aspektləri, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.