Çinin ən böyük 4-cü şirkəti “NHA Group”un İdarə Heyətinin həmsədri Vanq Xian bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 57 yaşlı biznesmen Fransanın Provense bölgəsinə işgüzar səfəri zamanı foto çəkmək istəyərkən 15 metr hündürlükdən yıxılıb.
Ağır xəsarət alan iş adamı yerindəcə keçinib.
Qeyd edək ki, “NHA Group” hava nəqliyyatı, maliyyə, əmlak, turizm, logistika və sahələrdə xidmət göstərir. 1993-cü ildə yaradılan şirkəti illik gəliri 100 milyard avrodan artıqdır.
Son xəbərlər
Son Xəbərlər