Cənub-şərqi Asiya ölkəsi olan Laosda ağır qəza baş verib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Viyentiyan - Luang Parabang yolunda reallaşıb.
44 çinli turistin olduğu nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə düşüb. Hadisə zamanı 13 nəfər ölüb, 31 nəfər isə ağır yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər