Bir Çin klubunun Kriştiano Ronaldoya 120 milyon, futbolçunun məxsus olduğu “Real”a isə 200 milyon avro təklif etdiyi iddia edilib.
“Qafqazinfo” xəbər verir ki, bu iddianı Portuqaliyanın “A Bola” qəzeti ortaya atıb.
Məlumata görə, hələlik adı açıqlanmayan Çin klubu dünyada səs gətirəcək transferi reallaşdırmaq niyyətindədir.
Belə ki, “Real”ın portuqaliyalı ulduzuna 120 milyon avro təklif edilib. Klub oyunçunun transferi üçün qoyulan 200 milyonluq limiti də “Real”a ödəməyə hazırdır. Beləliklə, Ronaldonun transferi Çin klubuna 320 milyon avroya başa gələ bilər.
Əgər transfer baş tutarsa iki rekord birdən qırılacaq. Transfer dünyanın ən bahalı transferi, Ronaldo isə ən çox qazanan futbolçu kimi tarixə düşəcək.
Qeyd edək ki, hazırda ən bahalı transfer Pol Poqbadır. O, 105 milyon avroya “Mançester Yunayted”ə transfer edilib.
Ən çox qazanan futbolçu isə “Şanxay Şenxua”da forma geyinən Karlos Tevezdir. Argentinalı ulduz ildə 40 milyon avroluq müqaviləyə qol çəkib.
Son xəbərlər
Son Xəbərlər