“Qafqazinfo”nun verdiyi xəbərə görə, qətl fevralın 28-i saat 23 radələrində baş verib. Cinsi azlıq nümayəndəsi olan Şəmkir rayon sakini 1987-ci il təvəllüdlü Bəxtiyar Əliyev çoxsaylı bıçaq xəsarəti alıb. Onun meyiti A.Heydərov küçəsində kirayədə yaşadığı evdə aşkarlanıb.
Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Məlikov Nicat Əliheydər oğlu həbs edilib.
Məlumata görə, B.Əliyevlə N.Məlikov öncə mübahisə ediblər. Cinsi azlıq nümayəndəsinin Nicatı söyməsi onu özündən çıxarıb. Buna görə də Bəxtiyar Əliyevin qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub.
Son xəbərlər
Son Xəbərlər