Cinsi azlıq olan iki nəfərə hökm oxundu - Bakıda

cinsi-azliq-olan-iki-nefere-hokm-oxundu-
Oxunma sayı: 2863

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilənlər - cinsi azlıq nümayəndələri, 1982-cı il təvəllüdlü Qalib Nəbiyev və 1988-ci il təvəllüdlü Firdovsi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə hökm oxunub.

Q.Nəbiyev cinayət törətmədiyini deyib: "Cənab hakim, bizi bağışlayın. Sizə və prokurora güvənirəm. Bizə kömək edin".

F.Əliyev də ona verilməsini istəyib: "Göydə Allah yerdə siz deyirəm".

Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlar Türkiyə vətəndaşı Çalışkan Osmanın 420 manat və 4300 ABŞ dollarını pulunu, habelə mobil telefonunu quldurluq yolu ilə alıblar.

Murad Əhməd