Cinsi azlıqların inqilabı

cinsi-azliqlarin-inqilabi
Oxunma sayı: 2014


Bir neçə filmin adını sadalayacağam, fikir verin bu siyahını nə birləşdirir.

“Brokeback mountain” (Brokbek dağı - 2005)

 “Milk” (2008)

“Kids are all right” (Uşaqlar qaydasındadır - 2010)

 “Dallas Buyers Club” (Dallas klubu - 2013)

Ağlınıza yəqin ki, eyni şey gəldi. Əslində siyahını uzatmaq da olar. Amma məhz bu 4 filmin adını ona görə çəkdim ki, bunlar daha sanballı sayılır və Amerika Kinoakademiyası başda olmaqla bir sıra nüfuzlu təşkilatlar tərəfindən xeyli mükafata layiq görülüblər.

Bu ekran əsərləri dünyada böyük tendensiyaya çevrilən cinsi azlıqların hüquqlarını müdafiə edən, onları cəmiyətdə normal qəbul etdirməyə çalışan filmlərdən bir neçəsidir. 

Rejissor Enq Linin (Ang Lee) “Brokeback Mountain” kinosuna görə almadığı mükafat qalmadı.  2 oğlan arasındakı dostluğun tədricən sevgi hisslərinə çevrilməsi 2005-ci il üçün kifayət qədər cəsarətli mövqe sayılırdı. Hətta baş rolun ifaçılarının (Jake Gyllenhaal və Heath Ledger) öpüşü MTV Movie Awards təqdimatında  “ilin öpüşü” seçilmişdi. 

“Milk” San Fransiskoda Harvey Milk adlı bir homoseksualın start verdiyi və qalib gəldiyi seksual inqilabdan bəhs edir. Diqqət edin: QALİB GƏLDİYİ.  Filmin homoseksual ssenaristi Dastin Lens Blek (Dustin Lance Black) bu filmə görə ən orjinal ssenari nominasiyasında Oskar aldı. Şon Pen (Sean Penn) də ən yaxşı aktyor seçildi. 

“Uşaqlar qaydasındadır” kimi tərcümə olunan “Kids are all right” filmi isə bir-birinə qonşu olan 2 dul qadın arasındakı münasibətlərdən danışır. Bu münasibət də sevgi münasibətidir. Hətta onlardan biri öz qızının müəllimi ilə sevgi yaşamağa başlayanda evdə “qan düşür”. Amma sonda sevənlər yenidən barışırlar. 

Və nəhayət, keçən ilin səs-küylü və xüsusən aktyor ifaları baxımından yaxşı təsir bağışlayan “Dallas Klubu” filmi. Yadınıza gəlir yəqin, Metyu Makkonaxi (Matthew McConaughey) və Cared Letonun (Jared Leto) təxminən 40 kiloqram arıqladığı və hər ikisinin “Oskar” qazandığı filmdən danışıram. İkinci planda ən yaxşı aktyor nomiasiyasında qalib gələn Leto filmdə bir transseksualı canlandırır və o müsbət, xeyirxah bir insan kimi ölür. Bax belə.

Məsələn, mənin yatsam yuxuma belə girməzdi ki , 2 oğlanın sevişməsi, 2 qadının evlənməsi nə vaxtsa hansısa cəmiyyətdə normal qarşılana bilər. 

Adi bir misal çəkim. Tanınmış və mənim də ifasını çox bəyəndiyim aktrisalardan olan Codi Foster (Jodie Foster) rəfiqəsi ilə əvləndi və bunu açıq şəkildə dilə gətirməkdən çəkinmədi. Bu addım onu sevənərin sayını da azaltmadı.

Əslində ideya budur: aktyor, aktrisa, müğənni (və s.) cəmiyyətə sevdirilir, böyük fanat kütləsi toplanır, daha sonra beyinlərə qazıdılmağa çalışılan mesaj verilir. 1,2,3,4.... və beləliklə, ANORMAL çevrilib NORMAL olur. 

Çalışın bu mənada normal olmayasınız!