Cinsi azlıqların növbəti qələbəsi - - Avropada

cinsi-azliqlarin-novbeti-qelebesi-
Oxunma sayı: 2761



“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, referendumda iştirak edənlərin sayının həddindən az olması səsvermənin nəticələrinin tanınmasını mümkünsüz edib. Slovakiya rəsmiləri şənbə günü keçirilmiş referendumda qeydə alınmış seçicilərin yalnız 21,4%-nin iştirak etdiyini bildiriblər.

Referendumun baş tutmuş sayılması üçün isə səsvermədə iştirak edənlərin sayı azı 50% olmalı idi. Lakin səsverənlərin əksəriyyəti mühafizəkar "Ailə uğrunda alyans" adlı siyasi partiyanın təşəbbüsünü dəstəkləyib.
Referenduma çıxarılmış sualda iştirakçılardan 2014-cü ildə Slovakiya Konstitusiyasına edilmiş düzəlişin dəstəkləyib-dəstəkləmədikləri soruşulurdu.

Həmin düzəliş nikahı kişi шlə qadın arasında qeydiyyata alınan ittifaq kimi müəyyən edir. Slovakiya mühafizəkarları ölkədə eynicinsli nikahların qadağan edilməsinə referendum yolu ilə nail olmağa ümid edirdilər.
Referendum iştirakçılarının əksəriyyəti məktəblilərə seksual tərbiyə və evtanaziya mövzusunda dərsləri buraxmaq hüququnun verilməsini dəstəkləyiblər.

Qeyd edək ki, liberal partiyalar vətəndaşları bu referendumu boykot etməyə çağırmışdı. Roma Papası isə referrendum alınması üçün dua edəcəyini bildirimişdi.