Yunanıstanın baş naziri Aleksis Çipras 5-6 fevral tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, baş nazir prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankarada olacaq.
Səfərin ilk günü Çipras Ərdoğanla görüşəcək, daha sonra birgə mətbuat konfransı və şam yeməyi təşkil olunacaq.
Növbəti gün isə yunan nazir İstanbulda olacaq. O, rum yepiskopu Bartholomeosa baş çəkəcək.
Son xəbərlər
Son Xəbərlər