Ciqan sərxoş halda Oksananı yumruqladı - Xəstəxanaya yerləşdirildi

ciqan-serxos-halda-oksanani-yumruqladi
Oxunma sayı: 8669

Rusiyanın məşhur rep ifaçısı Ciqan Amerikada reabilitasiya mərkəzinə yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb sənətçinin spirtli içki aludəçisi olmasıdır.

Rusiya KİV-ləri yazır ki, Ciqan bir neçə gün öncə instaqram səhifəsində canlı yayıma qoşulub. Sərxoş sənətçi beş yaşlı qızı Leyadan pivə istəyib, ədəbsiz sözlərdən də istifadə edib.

Bir neçə dəqiqə sonra canlıya yenidən qoşulan reperin saçlarını və qaşlarını qırxdığı görünüb. O, eyni zamanda 4 övladının anası Oksana Samoylovaya şiddət göstərib, yumruqlayıb. Bundan sonra onu müalicə üçün xəstəxanaya göndəriblər.

Oksana mövzu barədə “mən sadəcə bu dünyada oyanmaq istəmirəm” deyə şərh yazıb. Ciqan isə səhifəsində bir neçə paylaşım edərək Oksanadan üzr istəyib.