Türkiyəli stilist Başak Dizer həyat yoldaşı, aktyor Kıvanç Tatlıtuğla çəkdirdiyi fotonu İnstaqram hesabında paylaşıb.
“Qafqazinfo” “Gazetevatan”a istinadən xəbər verir ki, izləyicilərindən biri Dizere “Çirkin qadın, o yaraşıqlının yanında nə işin var axı?” sualını ünvanlayıb.
Uzun müddətdir sosial şəbəkə hesabından istifadə etməyən K. Tatlıtuğ isə səssizliyini pozaraq arvadını təhqir edənə cavab verib: “Tərbiyəsizlik etmə! Sənin təhqir etdiyin insanın adı Başak, soyadı Tatlıtuğdur. Əvvəl bunu öyrən! Sənin və ya kimsənin mənim evliliyimlə bağlı şərh verməyə haqqı yoxdur. Bədbəxtliyini, pis niyyətli qəlbini başqa yerlərdə sərgilə!
Sən və sənin kimi bu cür şərh yazanlar, siz nə vaxt bu qədər pis ürəkli oldunuz? Nə qədər hörmətsiz, nə qədər sevimsiz, nə qədər şüursuz, nə qədər boş işlərlə məğul olan insansan. Sənə məsləhətim odur ki, get birini sev. İçində zərrə qədər sevgi yoxdursa, yenə də sevməyə çalış. Baxdın ki, alınmır, o zaman sən həqiqətən də pis qəlbli birisən! O zaman təkrar sevməyə çalış! Yəni insanlara hörmətsizlik edib onları təhqir etməkdənsə, sevməkdən, seçimlərinə hörmət etməkdən, həyatına və ailə yaşamına göstərdiyi diqqətə rəğbəs bəsləməkdən vaz keçmə! Və mənə tənqidi qəbul etmirsənsə, şəkil qoyma kimi şərhlər yazma. Mən istədiyim fotonu yerləşdirərəm. Bura mənim səhifəmdir. Tənqidə hər zaman açığam, amma ailəm və həyat yoldaşımla bağlı söylənilən hər sözə diqqət edin”.
Son xəbərlər
Son Xəbərlər