Cırtdanboylulara əmək pensiyası təyin edilməsi qaydası dəyişir

cirtdanboylulara-emek-pensiyasi-teyin-edilmesi-qaydasi-deyisir
Oxunma sayı: 2458

Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin əmək pensiyası hüququ ilə bağlı dəyişikliklər təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman verib.

Fərmana əsasən, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.