“City Taxi” xidməti bu gün sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan mövzu ilə bağlı açıqlama yayıb.
"Qafqazinfo" şirkətin yaydığı məlumatı təqdim edir:
"Hər şeydən öncə, City Taxi şirkəti olaraq prioritetimiz müştərilərimizin rahatlığı və təhükəsizliyidir. Sırf bu səbəbdən məlum hadisənin ictimailəşdirilməsində rolu olan hər bir kəsə şirkətimiz adından dərin təşəkkür edir və sizləri hər zaman belə duyarlı qalmağa çağırırıq.
Daha əvvəl də bildirdiyimiz kimi, nəzərə almaq lazımdır ki, burada problem birbaşa olaraq bir şəxsin psixologiyasından qaynaqlanıb və biz də hər bir başqa şirkət kimi çox təəssüf ki, şəxslərin psixiki vəziyyətini nəzarətimizdə saxlaya bilmərik.
Daxil olmuş şikayətlərdən dərhal sonra bugün City Taxi rəhbərliyi birbaşa olaraq inisiativ göstərərək məsələni dərindən araşdırdı. Şikayətçi tərəflə - Rəsul Rəsulov ilə birbaşa olaraq görüşüldü, şikayəti dinlənildi və şirkətimiz adından üzr istənildi. Hadisənin birbaşa günahkarı olan sürücüyə isə şiddətli töhmət verildi və işdən dərhal azad edildi.
Dəyərli həmvətənlərimiz, City Taxi şirkəti olaraq baş vermiş hadisə ilə bağlı yalnız şikayətçi tərəfdən deyil, bütün müştərilərimizdən, bizə dəyər verən hər bir kəsdən üzr istəyir və bir daha belə hadisələrin baş verməməsi üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz veririk.
Bu tipli hər hansı bir hadisənin baş verdiyi zaman hər bir kəsdən ən azı City Taxi müştəriləri qədər duyarlı olmağı xahiş edir və sizlərə xoş və təhlükəsiz səfərlər arzu edirik!"
Qeyd edək ki, Rəsul Rəsulov bu gün sosial şəbəkələrdə sözügedən şirkətə məxsus taksi sürücüsünün onun qız dostundan “necə alt paltarı geyinirsiz?” soruşduğu ilə bağlı məlumat yaymışdı.
Son xəbərlər
Son Xəbərlər