“CityNet" internet saytını yenilədi

citynet-internet-saytini-yeniledi
Oxunma sayı: 2295

“CityNet” yeni rəsmi internet saytını istifadəyə təqdim edib. “CityNet”in yeni internet saytı müasir dizaynı, funksionallığı, asan naviqasiyanı, eləcə də sayt vasitəsilə xidmətlərə görə onlayn odəniş sistemini özündə cəmləşdirir.

“CityNet” müştərilərlə yeni internet saytı üzərindən xidmətlərə asanlıqla qoşulmaq üçün müraciət imkanını da təqdim edir. Müraciət üçün hər hansı bir sənədə ehtiyac yoxdur.

Yeni internet saytda istifadəçilər şirkətin xidmətlərini, tariflərini və son xəbərlərini asanlıqla izləyə bilər, həmçinin onları maraqlandıran müxtəlif suallara tez-tez verilən suallar bölməsindən rahatlıqla cavab tapa bilərlər.

“CityNet” yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Xidmətin hər hansı ünvanda mövcudluğunu şirkətin veb saytından və ya müştəri xidmətlərinə müraciət etməklə yoxlamaq olar. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edib əldə etmək mümkündür.