CityNet provayderindən yenilik

citynet-provayderinden-yenilik
Oxunma sayı: 1543

“CityNet” intrenet provayderi bu gündən yeni kampaniyaya start verir. Kampaniyaya əsasən, abunəçilər 20% dək endirim alacaqlar.

“CityNet” xidmətlərinə abunəçi 1 dostunu dəvət edərsə illik endirim 10%, 2 dostunu dəvət edərsə illik endirim 20% təşkil edəcək.

Kampaniya çərçivəsində “CityNet”ə yeni qoşulan abunəçilərin də hər biri illik 10% endirim qazanacaqlar. Şirkət yeni abunəçilərə istifadə müddətində TV Box və Wi-Fi ruter cihazını da pulsuz verir.

Kampaniyadan yararlanmaq üçün abunəçi linkə daxil olaraq özü və dəvət etdiyi dostu barədə məlumatları doldurmalıdır. Bir abunəçi ən çox 2 şəxsi “CityNet” xidmətlərinə abunəyə dəvət edə bilər. Kampaniya seçilmiş tarifləri əhatə edir və limitli müddətdə qüvvədə olacaqdır.

“CityNet” Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yüksək sürətli sabit internet və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətlərini göstərir.